Altı ildir evli və iki uşağı olan cütlük bacı-qardaş çıxdı

 11:49 19.03.2023     314

Böyük Britaniyada altı ildir evli və iki uşağı olan cütlük qorxunc bir həqiqətlə üz-üzə qalıb.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, evli cütlüyün xəstəxanada müayinə üçün verdikləri analizlərin cavabı həkimləri təccübləndirib.

Belə ki, qadında böyrək çatışmazlığı olub və uyğun donor tapılması üçün qohumları analiz veriblər.

Bu zaman ər-arvad arasında normadan artıq uyğunluq aşkarlanıb. Həkimlər bu cür uyğunlaşma faizinə bacı-qardaş arasında rast gəlindiyini bildiriblər.

Altı illik arvadının onun yaxın qohumu, hətta bacısı ola biləcəyini öyrənən kişi şoka düşüb. O bildirib ki, həyat yoldaşı ilə böyüdüyü yerdən çox uzaqda tanış olub və öz bioloji anasını tanımır.