MİT YPG-nin maliyyə işlərinə baxan terrorçusunu məhv etdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında əməliyyat keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel Rıfat bölgələrində maliyyə işlərinə baxan terrorçusu Mehmet Yıldırımı zərərsizləşdirib.
Bundan sonra da oxşar əməliyyatların davam etdiriləcəyi qətiyyətlə vurğulanıb.