Qazaxıstanın Azərbaycandakı Səfirliyi: “Seçici fəallığı yüksəkdir”
“Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan vətəndaşı parlament seçkilərində iştirak edir, yüksək seçici fəallığı müşahidə olunur”.
Bu barədə Redaktor.az-a Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Səfirlikdə fəaliyyət göstərən 262 saylı seçki məntəqəsində səsvermə səhər saat 7-də başlayıb. Səsvermənin gedişini MDB Parlament Assambleyasının müşahidəçiləri izləyir.
Bildirilib ki, konsulluq qeydiyyatında olan və müxtəlif səbəblərdən, o cümlədən ezamiyyət çərçivəsində bu gün Bakıda olan Qazaxıstan vətəndaşları bu məntəqədə səs vermək imkanına malikdirlər.
Məntəqədə səsvermə yerli vaxtla axşam saat 20:00-dək davam edəcək.