“Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin” İran KİV-dən hakimiyyətə çağırış:

 19:45 19.03.2023     450

“Sağ qalmağınızı, ötənilki hadisələrin təkrarlanmamasını istəyirsinizsə, siyasətinizi dəyişin”.

Redaktor.az xəbər verir ki, bunu İranda çıxan hakimiyyətə bağlı “Cümhur-e İslami” qəzeti yeni illə bağlı (İran təqvimi ilə martın 21-də yeni il başlayır - red.) məqaləsində rejim nümayəndələrinə müraciət edərək yazıb.

Mətbu orqan İranın Ukrayna müharibəsinə müdaxiləsi və ölkədə milli valyutanın devalvasiyasından da bəhs edib: “Baş verən hadisələr yürüdülən mövcud siyasətin nəticəsidir”.