Makron populyarlığını itirib

 20:30 19.03.2023     318

Fransa prezidenti Emmanuel Makron seçiciləri arasında populyarlığını itirib. Onun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Redaktor.az xəbər verir ki,Reytinqin aşağı düşməsi Fransa hökumətinin pensiya sistemində islahatlar aparmaq istəməsi ilə bağlıdır. “IFOP” sosioloji xidmətinin sorğusunun (18 yaşdan yuxarı 2000-ə yaxın insan iştirak edib) nəticələrinə əsasən fransızların 70%-i bu islahatdan narazıdır və bu, Makronun reytinqinin bir ay ərzində 4 pillə aşağı düşməsinə səbəb olub.

Fransanın baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 29%-ə düşüb. Bu da onun Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə gəlişindən bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Müəyyən edilmiş pensiya yaşı həddinin hər il üç ay müddətində mərhələli şəkildə 62-dən 64-ə dəyişdiriləcəyi və bu prosesin 2030-cu ilə qədər davam edəcəyi deyilir.