Belarusda əcnəbilərə qarşı xüsusi əməliyyat - Ölən var

 20:59 19.03.2023     319

Terror aktı törətmək üçün xaricdən Belarusa gələn şəxslər ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsi tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Qrodnoda keçirilən xüsusi əməliyyat çərçivəsində avtomat silahlardan atəş açan əcnəbi vətəndaş məhv edilib.

Hadisə zamanı mülki sakinlər və təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.