Qazaxıstandakı parlament seçkilərinin ilkin NƏTİCƏLƏRİ
Xəbər verdiymiz kimi, bu gün Qazaxıstanda parlament seçkiləri keçirilib.
Redaktor.az xəbər verir ki, ölkənin "KazTAG" agentliyi seçkilərin nəticələrinə dair ilkin "exit-poll" nəticələrini açıqlayıb.
Avrasiya İnteqrasiya İnstitutunun məlumatına görə, hakim "Amanat" partiyası 53.46% səs qazanıb. İnstitutun açıqlamasında partiyaların qazandıqları səslər aşağıdakı kimidir:
53,46% - Amanat
10,52% - "Aul"
8,9% - Respublika
6,25% - Xalq Partiyası
3,22% - Baytak
7,87% - "Ak Yol"
5,31% - Milli Sosial Demokrat Partiyası
Bundan başqa, Demokratiya İnstitutu və Kompleks Sosial Araşdırmalar İnstitutunun açıqladığı məlumatlarda da hakim partiyanın 53-54% səs topladığı bildirilir.