Çin lideri Rusiyaya gedəcək

 09:58 20.03.2023     398

Çin sədri Si Tsinpin bu gün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşlə bağlı bəzi detallar artıq məlumdur.

Bildirilib ki, Çin liderinin Rusiyaya səfəri onun yenidən ölkə başçısı seçilməsindən sonra ilk xarici səfəri olacaq. Kremldən alınan məlumata görə, Moskva və Pekin münasibətlərdən razıdırlar, çünki bu münasibətlərdə lider və asılı tərəf yoxdur, bu, tərəfdaşların strateji qarşılıqlı əlaqəsidir. Liderlər arasında etibarlı münasibət var, onlar təxminən 40 dəfə müxtəlif formatlarda görüşüblər.

Qeyd olunub ki, təkbətək söhbət zamanı onlar ən həssas məsələləri, o cümlədən beynəlxalq məsələləri müzakirə edəcəklər və Rusiya Federasiyası Pekinin Ukrayna mövzusunda təmkinli və balanslı mövqeyini yüksək qiymətləndirir.

Məlumata görə, səfər çərçivəsində Putin və Tsinpin iki mühüm sənəd imzalayacaq. Onlardan biri 2030-cu ilə qədər münasibətlərin dərinləşdirilməsi, digəri isə əməkdaşlığın əsas sahələrinin inkişafı haqqındadır. Həmçinin bir sıra başqa sazişlər də olacaq.