ABŞ-dan Ukraynaya yeni hərbi  YARDIM

 21:15 20.03.2023     1372

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb.

Yeni hərbi yardım paketinin həcmi 350 milyon dollar dəyərindədir. Yeni hərbi yardım paketinə HIMARS raket sistemləri və artilleriya qurğuları üçün döyüş sursatı, "Bradley" piyadaların döyüş maşını, HARM raketləri, tank əleyhinə silahlar, qayıqlar və digər avadanlıqlar üçün sursat daxildir.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya ərazi bütövlüyünü, sərhədlərini qorumaq və NATO ilə əlaqələrini yaxşılaşdırmağa kömək etmək üçün 34,9 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb.