Kılıçdaroğlunun namizədliyi rəsmən irəli sürüldü

 23:15 20.03.2023     1126

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nı təmsil edən Kamal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb.

Redaktor.az xəbər verir ki, fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib.

İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər.

Qeyd olunub ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.