Sərhədin açılması bizim üçün fürsətdir - Erməni nazir

 09:30 21.03.2023     235

"Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir".

Redaktor.az xəbər verir ki, bunu "Sputnik Armenia"ya müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

"İdxal üçün sərhədlər uzun müddətdir açıqdır və Türkiyə istehsalçılarının Ermənistanda satışla bağlı heç bir problemi yoxdur. İndi quru sərhədlərin açılması isə erməni şirkətlərinin Türkiyə bazarına daxil olmasına kömək edəcək. Hazırda əsas məsələ bu fürsətdən istifadə etməkdir. Müəssisələr məhsuldarlığı və səmərəliliyi artırmalıdır. Qonşu ölkədə qida, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyaya tələbat yüksəkdir", - deyə o bildirib.