Ərbakanın oğlunun Ərdoğana "yox" deməsinin SƏBƏBİ

 14:40 21.03.2023     383

Xəbər verdiyimiz kimi, Türkiyədəki seçkilərdə Yenidən Rifah Partiyasının sədri, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan prezidentliyə namizədliyini irəli sürüb. Bundan əvvəl isə onun partiyası ilə hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasında "Cümhur İttifaqı"na qoşulmaq və Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə danışıqlar gedirdi.

Redaktor.az xəbər verir ki, tanınmış türkiyəli jurnalist İsmail Saymaz tviter səhifəsində AKP-dəki qaynaqlarına istinadən danışıqların niyə uğursuzluğa düçar olmasının, Fatih Ərbakanın namizəd olmasının və partiyasının seçkilərə müstəqil şəkildə qatılmasının səbəbini açıqlayıb.

"AKP-dən öz siyahısında ən az 20 deputat yeri istədiyi üçün Yenidən Rifah Partiyası ilə iplər qopub", - deyə Saymaz yazıb.

Qeyd edək ki, dünən Fatih Ərbakan eyni vaxtda - 14 mayda prezident seçkilərində namizəd olacağını və parlament seçkilərində partiyasının heç bir ittifaqa qoşulmadan müstəqil şəkildə iştirak edəcəyini elan etmişdi.