Fatih Ərbakanın partiyası Ali Seçki Komissiyasının açıqlamasını təkzib etdi - FOTO

 16:45 21.03.2023     242

Türkiyənin Yenidən Rifah Partiyasının sədri, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın prezidentliyə namizədliyi üçün Ali Seçki Komissiyasına müraciət zamanı təqdim olunmuş sənədlərlə bağlı partiyadan açıqlama verilib.

Modern.az xəbər verir ki, bu barədə Yenidən Rifah Partiyasının rəsmi tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, Fatih Ərbakanın prezidentliyə namizədliyi ilə bağlı Türkiyə Ali Seçki Komissiyasına verilmiş sənədlərdə heç bir əskiklik yoxdur.

Qeyd edək ki, bundan əvvəl Ali Seçki Komissiyasının 18 nəfərin prezidentliyə namizədlik üçün müraciət etməsi barədə açıqlamasında F.Ərbakanın sənədlərində problem olduğu və düzəlişlər edilməsi üçün Ankara vaxtı ilə 17:00-a qədər zaman verildiyi vurğulanmışdı.