Görüş başa çatdı -  Putin nələr dedi?

 19:40 21.03.2023     328

Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında görüş başa çatıb.

Modern.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Putin görüşün mətbuata açıq hissəsində deyib ki, Rusiya Asiya, Afrika və Latın Amerikası ölkələri ilə hesablaşmalarda Çin yuanından istifadənin tərəfdarıdır. O qeyd edib ki, 2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda - 185 milyard dollara çatıb.

Putin vurğulayıb ki, Moskva Rusiyanın Çin bazarına ərzaq ixracının artımına ümid edir.

Onun sözlərinə görə, Moskva və Pekin İT, şəbəkə təhlükəsizliyi və süni intellekt sahəsində dünya liderləri ola bilər.