"Ukraynada sülh və dialoqun tərəfdarıyıq" - Çin lideri

 21:40 21.03.2023     747

"Çin Ukraynadakı münaqişənin həlli üzrə sülh və dialoqun tərəfdarıdır".

Redaktor.az xəbər verir ki, bunu ÇXR sədri Si Cinpin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlardan sonra deyib.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində bildirib ki, Çinin Ukrayna ilə bağlı planı sülh nizamlanması üçün əsas ola bilər.