Zelenski Yaponiyanın Baş naziri ilə görüşdü

 21:55 21.03.2023     1318

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında yazıb.

“Beynəlxalq nizamın həqiqətən güclü müdafiəçisi və Ukraynanın çoxdankı dostu olan Yaponiyanın Baş naziri Fumio Kişidanı Kiyevdə salamlamaqdan şadam”, - Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Kişida Ukraynaya məhz BMT nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması üçün qlobal liderliyin aktivləşdirilməsinin vacib olduğu vaxtda gəlib.

Kişida artıq Buçada olub və Rusiya hərbçilərinin burada törətdikləri müharibə cinayətlərinin fəsadlarını görüb.