Zelenski G7 sammitində onlayn formatda iştirak edəcək

 23:25 21.03.2023     284

Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Vladimir Zelenskini videobağlantı vasitəsilə may ayında Xirosimada keçiriləcək Böyük Yeddiliyin (G7) sammitində iştirak etməyə dəvət edib.

Redaktor.az “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya hökumətinin başçısı çərşənbə axşamı Kiyevə səfəri zamanı keçirdiyi mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.

 

Yaponiya bu il G7-yə sədrlik edir və may ayında Xirosimada keçiriləcək sammitə ev sahibliyi edəcək. G7 ölkələrinin liderləri Xirosimaya səfərləri zamanı birlikdə atom bombardmanı muzeyini ziyarət etməyi planlaşdırırlar.