Zəlzələ Əfqanıstan və Pakistanda 11 nəfərin həyatına son qoydu

 09:45 22.03.2023     370

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər ölüb.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.

Bundan əvvəl Əfqanıstanda zəlzələdən sonra iki onlarla evin dağıldığı bildirilirdi.

Yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda hiss olunub.v

Vumart və Güvən reklamı Vumart Güvən