Ukrayna ordusu İran dronlarını məhv etdi
Rusiya qoşunları İran istehsalı olan "Shahed-136" PUA-ları ilə Ukrayna ərazisinə kütləvi hücuma keçib.
Redaktor.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
İlkin məlumatlara görə, 21 PUA işə salınıb, onlardan 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Qeyd olunub ki, son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların cəmləşdiyi ərazilərə 6 zərbə endirib. Eyni zamanda, Ukrayna hərbçiləri düşmənin müxtəlif tipli 15 PUA-sını, həmçinin 2 ədəd X-59 idarə olunan raketini vurub.
Qoşunlar və artilleriya bölmələri döyüş sursatı daşıyan qatara, 2 zenit-raket kompleksinə, bir radiolokasiya stansiyasına və daha bir mühüm obyektə zərbələr endirib.