Rusiyanın sabiq MSK sədri vəfat etdi

 12:48 22.03.2023     620

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş sədri Vladimir Çurov bu gün 70 yaşında vəfat edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev məlumat yayıb.

Bildirilib ki, Vladimir Çurov əməliyyatdan sonra infarkt nəticəsində ölüb.

Xatırladaq ki, o, 2007-2016-cı illərdə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri olub.