Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi - FOTO

 14:08 22.03.2023     1613

Rusiyanın "Cream Soda" qrupunun yaradıcısı Dmitri Svirqunov çayda boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, ifaçının cəsədi Yaroslavl vilayətində Volqa çatından tapılıb. Məlum olub ki, Dmitri tək olmayıb. Hazırda onun kiçik qardaşı, 25 yaşlı Roman Svirqunov və dostu, 28 yaşlı Georgi Kiselyovun axtarışları davam etdirilir.

Bildirilib ki, martın 19-dan 20-nə keçən gecə Dmitri dostları ilə əylənmək üçün çay kənarına gedib. Lakin buz onların ağırlığına tab gətirə bilməyib və 5 nəfər suya düşüb. Onlardan 2-si sağ qalsa da, digər 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. (Axsam.az)