İordaniya və İsrail arasında GƏRGİNLİK

 16:08 22.03.2023     236

İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib.

Redaktor.az xəbər verir ki, deputatlar İordaniya hökumətinə İsrail səfirini qovmağı tövsiyə ediblər.

Qərarın qəbul edilməsinə səbəb İsrail maliyyə naziri Bezalel Smotriçin çıxışı zamanı nümayiş olunan İsrail xəritəsi olub. Xəritədə İordaniya və Fələstinin əraziləri İsrailin ərazisini kimi göstərilib.

Bundan əvvəl İsrail səfiri İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb.