Türkiyə ordusu hərbi təlimlərə BAŞLADI

 19:03 22.03.2023     299

Türkiyə ordusu hərbi təlimlərə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, "Anadolu Qartalı-2023/1" adlı təlimdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı iştirak edir.

Təlimlər martın 24-dək davam edəcək. Təyyarələr plana uyğun olaraq, ölkənin 8 müxtəlif bazasından havaya qalxıb və tapşırıqları icra ediblər.