Makron qalmaqallı qanunu ilin sonunadək təsdiqləyəcək

 19:23 22.03.2023     287

Fransa prezidenti Emmanuel Makron ilin sonuna qədər qalmaqallı pensiya islahatları haqqında qanunu təsdiqləyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib.

Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin həyata keçiriləcəyini deyib.

Yaxın həftələrdə qanun layihəsi Konstitusiya Şurasının müzakirəsinə çıxarılacaq və yalnız təsdiq edildikdən sonra qanuna çevrilə bilər.

Qeyd edək ki, qanuna görə Fransada bir neçə dəfə iğtişaşlar baş verib, polislə vətəndaşlar arasında toqquşma yaşanıb.