Ukraynada 465 uşaq həlak olub

 12:45 23.03.2023     258

23 mart 2023-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1405-dən çox uşaq xəsarət alıb. 

 Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prokurorluğu məlumat yayıb.

Rəsmi məlumata görə, hücumlar zamanı 465 uşaq ölüb, 940-dan çoxu yaralanıb. 

Qeyd edək ki, martın 22-də Kiyevə “Şahed” pilotsuz uçuş aparatı ilə hücum edilib, 17 yaşlı yeniyetmə həlak olub.

Bundan başqa, martın 22-də Rusiyanın Zaporojye şəhərində yaşayış binalarına raket zərbəsi endirməsi nəticəsində 7, 8 və 9 yaşlı üç uşaq yaralanıb.