Türkiyə faiz dərəcələrini dəyişmədi

 17:16 23.03.2023     305

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 8,5% səviyyəsində saxlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.

“Biz inflyasiya və əlaqəli tendensiyalarda irəliləyişlər görürük. Eyni zamanda, zəlzələ nəticəsində yaranan tələb və təklif balanssızlığının inflyasiyaya təsiri diqqətlə izlənilir. Zəlzələdən sonra məşğulluq və sənaye artımına dəstək daha da vacib hala gəlib”, - Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir .