Molla rejimi rəqs edən qızları həbs etdi – VİDEO

İranda “Sakit ol” mahnısının müşayiəti ilə hicabsız küçədə rəqs edən 5 gənc qızın həbsi gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, İranda hicabsız küçədə rəqs edən qızların həbsinə reaksiyalar böyüyərkən, minlərlə sosial media istifadəçisi “Sakit ol” mahnısı ilə gənc qızlara dəstək olmaq üçün mahnıya rəqs etdikləri anları paylaşıb.
Sosial şəbəkədə rəqs edən gənc qızların qısa zamanda rekord qıran görüntüləri mahnının sahibi nigeriyalı Repçi Rema tərəfindən də dəstəklənib.
Reper Rema həmrəylik mesajında ”Daha yaxşı dünya üçün mübarizə aparan bütün gözəl qadınlara, mən sizdən ilham alıram, sizin üçün mahnı oxuyuram və sizinlə xəyal qururam” deyib.
This video of Iranian girls in Tehran’s Ekbatan neighborhood dancing unveiled to the song Calm Down by Rema and Selena Gomez has gone viral.
— Iran International English (@IranIntl_En) March 9, 2023
Women are banned from dancing in public in Iran. pic.twitter.com/2hSsY4KFEg