Ukrayna ordusu rusları darmadağın etdi - Daha 1020 işğalçı MƏHV EDİLDİ

 11:08 24.03.2023     562

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 169170 (+ 1020) nəfər canlı qüvvəsi, 3574 (+4) tank, 6921 (+23) ədəd zirehli döyüş maşını, 2616 (+8) ədəd artileriya sistemi, 511 (+0) reaktiv yaylım atəşi sistemi, 276 (+3) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 290 (+1) helikopter, 2208 (+5) PUA, 911 (+2) qanadlı raket, 18 (+0) gəmi, 5464 (+12) avtomobil texnikası və avtosistern, 277 (+4) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2