"İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik” - Pentaqon

 14:58 24.03.2023     401

“Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.

O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən