Putin Ermənistana getdikdə HƏBS OLUNACAQ

 16:00 24.03.2023     398

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarından anlaşılan odur ki, RF prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna və Haaqa tribunalına verilə bilər.