“Məni Rusiya agentləri zəhərləyib” - Saakaşvili

 17:42 24.03.2023     377

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bunu o, ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində deyib.

Keçmiş dövlət başçısı bunun həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.

M.Saakaşvilinin vəkili Massimo D'Angelo məsələyə münasibət bildirərkən deyib ki, çox güman, keçmiş prezidentin yeməyinə zəhər qatılıb.