Lukaşenkonun təyyarəsi də "qara siyahı"ya salındı 

 20:30 24.03.2023     394

ABŞ Belarusa və onun lideri Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar bir sıra şirkət rəhbərinə, dövlət rəsmilərinə təsir edib.

ABŞ Belarus Mərkəzi Komitəsinə, Belarus Avtomobil Zavoduna və Minsk Avtomobil Zavoduna qarşı sanksiyalar tətbiq edib. Belarus hökumətinə aid olan və Aleksandr Lukaşenkonun prezident təyyarəsi kimi istifadə edilən "Boeing 737" təyyarəsi məhdudiyyətlərə məruz qalıb.