ABŞ qırıcıları İran hədəflərinə raket zərbələri endirdi - VİDEO

 09:04 25.03.2023     551

ABŞ-nin iki F-15E qırıcı təyyarəsi Suriyada İranın üç hədəfinə raket zərbələri endirib.

Redaktor.az "“Daily Mail”ə istinadən xəbər verir ki, Tehranın PUA hücumu nəticəsində amerikalı hərbçilərin ölməsi və yaralanmasından sonra ABŞ cavab zərbələrinə başlayıb.

Prezident Co Bayden Suriyanın şərqində ABŞ-nin terror təşkilatı hesab etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hədəflərə cavab zərbələri vurulması əmrini verib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-15E qırıcı təyyarəsi üç hədəfi vurub, nəticədə 14 İran döyüşçüsü öldürülüb.

Xatırladaq ki, bir gün öncə İran istehsalı olan kamikadze pilotsuz uçan aparatı Hasakedə koalisiya qüvvələrinin obyektinə zərbə endirib, nəticədə bir ABŞ hərbçisi həlak olub, daha altı hərbçi yaralanıb.