ABŞ-da fabrikdə partlayış

 09:12 25.03.2023     289

ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərindəki “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və yanğın zamanı azı 2 nəfər ölüb, daha 9 nəfər itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəydiyi qeyd edilir.

Uest Redinq xəstəxanasının sözçüsü bildirib ki, hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.