Ukraynada daha 720 Rusiya hərbçisi MƏHV EDİLDİ

 11:20 25.03.2023     1104

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 169890 (+720) nəfər canlı qüvvəsi, 3580 (+6) tank, 6932 (+11) ədəd zirehli döyüş maşını, 2623 (+7) ədəd artileriya sistemi, 520 (+9) reaktiv yaylım atəşi sistemi, 276 (+0) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 291 (+1) helikopter, 2214 (+6) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5483 (+ 19) avtomobil texnikası və avtosistern, 279 (+2) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2