Yeni doğulan körpələri xaricə satan Nərgiz saxlanıldı

 20:50 25.03.2023     436

Rusiyanın Naro-Fominsk şəhərində qadın saxlanılıb.

Redaktor.az yerli KİV-ə istinadla bildirir ki, o, rusiyalı uşaqları xaricə satmaqda şübhəli bilinir.

Məlumata əsasən, saxlanılan 46 yaşlı Naro-Fominsk sakini Nərgiz Həmidovadır. Qadın “Sweetchild” surroqat ana firmasında menecer işləyib.

 2020-ci ildə Moskvadakı mənzillərin birində satış üçün xaricə göndəriləcək beş körpə tapılıb. “Sweetchild” əməkdaşları əmin ediblər ki, uşaqlar IVF-nin köməyi ilə dünyaya gəliblər, onların bioloji valideynləri isə əcnəbidir. Lakin şirkətdə bu məlumatı təsdiqləyən sənədlər olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin rusiyalı uşaqların xaricə satışında əli olduğunu müəyyən edirlər. Bundan əlavə, artıq satılan körpələrin dəqiq sayı da müəyyənləşir.