Almaniya rus diplomatları ölkədən çıxaracaq
Almaniya Rusiya səfirliyin diplomatlarını ölkədən çıxarmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Focus" nəşri yazıb.
Bildirilir ki, ölkənin xarici işlər naziri 30-dan çox rusiyalı diplomatı "persona non qrata" (arzuolunmaz şəxs) elan etməyi düşünür.
Hələlik rəsmi qərar qəbul edilməyib. Diplomatların tezliklə ölkədən çıxarılacağı gözlənilir.