ABŞ-ın zərbələrinə cavab verəcəyik - İran rəsmisi
İran Suriyada ABŞ-ın hədəf aldığı bazalara hücumlara dərhal cavab verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi bildirib.
O, ABŞ qüvvələrinin Suriyada olmasının qanunsuz olduğunu bildirib: "ABŞ Suriyanın bir hissəsində qeyri-qanuni işğalının nəticələrindən qaçmağa çalışır. Bu ölkənin ordusu İrana qarşı saxta ittihamlar irəli sürür".
"Bazalara hücum üçün istənilən bəhanəyə dərhal cavab veriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, son bir neçə gündə ABŞ Suriyada İran hədəflərinə zərbələr endirib.