İsveç üçün NATO qapıları bağlanmayıb - Ərdoğan
Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hər şey Stokholmun addımlarından asılıdır", - Türkiyə lideri bildirib.
Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına razılıq versə də, İsveçin üzv olmasına razılıq verməyib.