Ruslar Ukraynada daha bir dəhşət yaşadılar - 660 işğalçı, 15 tank MƏHV EDİLDİ

 09:53 26.03.2023     843

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 17550 (+660) nəfər canlı qüvvəsi, 3595 (+15) tank, 6932 (+11) ədəd zirehli döyüş maşını, 2631 (+7) ədəd artileriya sistemi, 522 (+2) reaktiv yaylım atəşi sistemi, 277 (+1) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 291 (+1) helikopter, 2216 (+2) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5486(+ 3) avtomobil texnikası və avtosistern, 282 (+3) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay