İran bir gündə iki dəfə silkələndi

 10:08 26.03.2023     916

İranda ard-arda iki dəfə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, episentri Fars əyalətinin Həşt şəhərində olan zəlzələ 4,2 bal gücündə qeydə alınıb. Eyni gündə İlam əyalətinin Murmuri şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ digər əyalətlərdə də hiss olunub.