“Terror təşkilatlarında ciddi çöküş yaşanır” - Hulusi Akar

 12:53 26.03.2023     379

“Terror təşkilatlarında ciddi çöküş yaşanır”.

Redaktor.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar sərhəd xəttindəki qoşunların komandirləri ilə keçirdiyi videokonfransda deyib.

O bildirib ki, əldə olunan kəşfiyyat məlumatları və terror qruplaşmalarının “rəhbər şəxs”lərinin açıqlamaları belə deməyə əsas verir: “Demək olar ki, terror təşkilatlarına kimsə üzv olmur. Həmçinin terror qruplaşmalarından ayırılanlar, qaçanların sayı kifayət qədər çoxdur”.

H.Akar söyləyib ki, Türkiyənin terrorla mübarizəsi sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək: “Onların ədalətə təslim olmalarından başqa yolu yoxdur. Kimlərinsə terrorçuları dəstəkləməsinə rəğmən, biz mübarizəmizi davam etdirəcəyik. İnşallah, millətimizi terror bəlasından xilas edəcəyik”.