"Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisi başlayıb" - Nazir

 15:53 26.03.2023     417

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum zəlzələ bölgəsində görülən işlərlə bağlı məlumat verib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

"İndiyədək zəlzələ bölgəsində 53 830 evin tikinti prosesinə başlamışıq. Artıq onlardan 22 min 467-nin təməlini qoymuşuq. Canlanma və quruculuq prosesimizlə 11 şəhərimizdə yeni bir şəhərsalma dastanı yazacağıq!", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.