PKK-çılar Fransa Senatında qonaq edildi
PKK/YPG terror təşkilatının nümayəndələri Fransa Senatında keçirilən tədbirə dəvət olunub.
Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, PKK/YPG üzvləri Fransa Senatında qonaq edilib və şərəf medalı ilə təltif olunublar. Qəbulda bir çox senator və siyasətçi də iştirak edib.
"Çıxışlarda terror təşkilatının hərəkətləri təqdir edilib, İŞİD-lə mübarizədə PKK/YPG-yə dəstəyin davam edəcəyi mesajı verilib", - deyə qeyd olunub.