HÜDAPAR-ın terrorla əlaqəsi yoxdur - Bağçalı

 20:00 26.03.2023     3746

Türkiyənin hakim "Cümhur İttifaqı"nın üzvlərindən olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı "Hizbullah"la əlaqələndirilən HÜDAPAR (Hür Dava Partiyası) ilə əməkdaşlıqdan danışıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bağçalı HÜDAPAR-ın terrorla əlaqəsi olmadığını bildirib.

"HÜDAPAR-ın heç bir terror təşkilatı ilə bağlantısı yoxdur, bu, aidiyyəti şəxslər tərəfindən də ifadə edilib", - deyə MHP lideri söyləyib.

Qeyd edək ki, HÜDAPAR Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyir və iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) proporsional siyahısından parlament seçkilərinə qatılır.