Belarusdakı nüvə silahları Avropanın təhlükəsizliyinə təhdiddir - Borrel

 23:30 26.03.2023     286

Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi Avropanın təhlükəsizliyinə təhdiddir.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borrel bildirib.

"Belarus hələ də bunu dayandıra bilər, onların seçimi var", - o qeyd edib.

Borrel ,həmçinin qeyd edib ki, Aİ Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq yeni sanksiyalar tətbiq etməyə hazırdır.