"ABŞ Qərbin Ukraynada məğlub olmasına imkan verməyəcək" - Polşanın baş naziri

 12:21 27.03.2023     326

Polşanın baş naziri Mateuş Moravietski hesab edir ki, Respublikaçılar Partiyası çətin ki, ABŞ-ın Ukraynaya dəstəyini zəiflətsin, çünki skeptik səslər 2024-cü il seçkiləri öncəsi siyasi “poker oyununun” bir hissəsidir.

Redaktor.az bu barədə Moravietskinin Financial Times-a müsahibəsinə istinadən xəbər verir.

Polşanın baş naziri deyib ki, fevralda ABŞ senatorları ilə görüşlər onu inandırıb ki, respublikaçılar və demokratlar Ukrayna, Rusiya və Çin məsələsində həmrəydirlər.

"Ukraynanın məğlubiyyəti Qərbin məğlubiyyəti demək olacaq və belə bir məğlubiyyət Vyetnamdan daha böyük olacaq", - baş nazir Aİ-nin Brüssel sammitindən sonra deyib. "Mən Amerikanın siyasi sinfi - ikipartiyalı, Respublikaçı və Demokratik partiyalara qarşı ehtiyatla nikbinəm", - o deyib.

Baş nazir əlavə edib ki, əgər Çin Rusiya tərəfində müharibədə daha ciddi iştirak etsə, bu, ABŞ-ı Ukraynaya dəstəyi “artırmağa” təşviq edəcək. Çini Rusiyaya böyük miqdarda silahla təmin etmək “çox təhlükəli” olardı.

Hazırda Mateuş Moravietski Çinin Rusiyanın müharibə səylərinə əhəmiyyətli dəstək verdiyinə dair heç bir dəlil görmür və qeyd edib ki, ehtiyat hissələri və pilotsuz uçan aparatların tədarükü böyük miqdarda gəlməyib. “Mən həqiqətən ümid edirəm ki, Çin Rusiyaya silah göndərməyə cəsarət etməz”, o əlavə edib.

O, Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında ötən həftə Moskvada keçirilən danışıqlardan və İspaniyanın baş naziri Pedro Sançesin Çinə səfərə hazırlığından sonra Pekinin Ukraynadakı sülh danışıqlarında vasitəçilik cəhdinin perspektivləri ilə bağlı bədbindir.

"Mən inanmıram ki, Çin belə şəraitdə yaxşı vasitəçidir. Onlar çox anti-azad dünya və Rusiyayönlüdür", - Moravietski deyib.

Turan İSMAYIL