Netanyahu geri çəkildi

 13:21 27.03.2023     382

İsrailin Baş naziri Benyamin Netanyahu hökumət koalisiyasının rəhbərinə məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu deyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, fraksiya liderləri ilə görüşdən sonra bildirib.

Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanından sonra etirazlar başlayıb.

Xatırladaq ki, Y.Qalant martın 25-də xüsusi bəyanatla çıxış edərək, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib.

O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Tunar Altunbay