Putin çeçen naziri təltif etdi

 17:51 27.03.2023     558

RusiyaPprezidenti Vladimir Putin baş nazirin müavini - Çeçenistanın kənd təsərrüfatı naziri Yakub Zakriyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc edilib.

Qeyd olunur ki, Zakriyev “əldə olunan əmək uğurlarına və uzun illər vicdanlı əməyinə görə” təltif edilib.

Həmçinin, sərəncamla Çeçenistan Dövlət Pedaqoji Universitetinin idman klubunun məşqçisi Səid-Əli Aslaxanova “Rusiya Federasiyasının əməkdar bədən tərbiyəsi işçisi” adı verilib.

Turan İSMAYIL