İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırdı

 19:41 27.03.2023     354

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında məlumat yayılıb.

Səfirliyin fəaliyyətini dayandırmasına səbəb İsrialdə davam edən etiraz aksiyalarıdır.

Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib.